Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı 2011-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətlərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı 2011-ci il üçün pul-kredit siyasətinin əsas istiqamətlərini açıqlayıb
# 30 dekabr 2010 07:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, AMB-nin müvafiq bəyanatında deyilir ki, Mərkəzi Bankın 2011-ci il və strateji dövr üçün fəaliyyətinin əsas istiqamətləri son qlobal meyllər və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsaslanır.

Pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcək. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması Mərkəzi Bankın digər hədəfi olacaq. Bu hədəflərə nail olmaq üçün AMB pul siyasəti və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirməsini həyata keçirəcək. Eyni zamanda, makroiqtisadi koordinasiyanın daha da güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına zəruri dəstək veriləcək.

Bəyanatda həmçinin göstərilir ki, 2010-cu ildə qlobal iqtisadiyyat geriləmədən tədricən çıxmağa başlayıb, iqtisadi canlanma meylləri yaranıb. Lakin böhrandan sonra dünya iqtisadiyyatında yenicə başlamış tarazlaşma, aparıcı iqtisadi mərkəzlərdə struktur və makroiqtisadi problemlər, o cümlədən büdcə dayanıqsızlığı qlobal artımın qeyri-bərabər getməsinə və sabit olmamasına gətirib çıxarıb. Eyni zamanda, dünya maliyyə sistemində əhəmiyyətli risklərin hələ də qalması maliyyə bazarlarında yüksək dəyişkənliyin yaranmasına səbəb olub.

AMB-nin məlumatına görə, bu mürəkkəb qlobal fonda Azərbaycan iqtisadiyyatında 2010-cu ildə də artım və inkişaf prosesləri davam edib, dayanıqlı makroiqtisadi sabitlik hökm sürüb və bütövlükdə, qlobal böhranın təsirləri aradan qaldırılıb. Ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənib, valyuta ehtiyatlarının əhəmiyyətli artımı baş verib.

Cari il üçün Mərkəzi Bank pul siyasətinin bəyan olunmuş başlıca istiqamətlərinə uyğun olaraq öz fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəldib. Bu hədəflərin həyata keçirilməsi çərçivəsində Mərkəzi Bank il ərzində öz siyasətinə çevik korrektə etməklə makroiqtisadi və maliyyə sabitliyini qoruyub, habelə iqtisadi artıma zəruri dəstək verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR