Bank Of Baku

«Texnikabank»ın aktivləri yarım milyard manatı keçib

«Texnikabank»ın aktivləri yarım milyard manatı keçib
# 30 dekabr 2010 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivləri 2010-cu ilin əvvəlindən 10%-dən çox artaraq 511 mln. manatı keçib. Bu barədə «APA-Economics»ə açıqlamasında «Texnikabank» ASC İdarə Heyətinin sədri Samir Hüseynov məlumat verib.

S.Hüseynov bildirib ki, cari ilin nəticələrinə görə, «Texnikabank» bütün maliyyə göstəricilərinə görə Azərbaycanın kommersiya bankları sırasında ilk beşlikdə qərarlaşıb.

«Aktivlərin simvolik 500 mln. manat səviyyəsini keçməsi bankın yeni müstəviyə keçməsinə işarədir. Bununla «Texnikabank» yeni inkişaf mərhələsinə qədəm qoyur. Eyni zamanda, bankın qarşısına yeni qlobal hədəflər qoyulmasına imkan verir», - deyə S.Hüseynov vurğulayıb.

Bank rəsmisi bildirib ki, 2010-cu ildə «Texnikabank»da aktivlərin artım tempinə deyil, daha çox aktivlərin keyfiyyətinin yaxşılaşdırılmasına önəm verilib. Cari ildə bank tərəfindən institusional inkişafın tətbiqi istiqamətində bir sıra addımlar atılıb: «Bu da 2011-ci ildə daha sürətlə inkişaf edə bilməmiz üçün baza yaradıb».

S.Hüseynov həmçinin əlavə edib ki, bu ilin əvvəlindən dekabrın 27-i vəziyytinə «Texnikabank»ın kredit portfeli 3,5% artaraq 363,5 mln.manata, depozit portfeli isə 39% artaraq 257 mln. manata çatıb. Bankda olan fiziki şəxslərin depozitləri 59% artaraq 179 mln. manat, nizamnamə kapitalı 53,7 mln. manat təşkil edib. Bankın illik mənfəətinin 9,6 mln. manat olacağı gözlənilir.

Qeyd edək ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 60 bankomatı, 150 POS-terminalı, 621 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR