Bank Of Baku

Bakıda Azərbaycan iqtisadiyyatının modernləşməsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakıda Azərbaycan iqtisadiyyatının modernləşməsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 11 mart 2011 09:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi, elmi nailiyyətlərin və tədqiqatların iqtisadiyyatda və biznesdə tətbiqi məsələləri bu gün Bakı Biznes Mərkəzində keçirilən «Azərbaycanda milli iqtisadiyyatda modernləşmə: nailiyyətlər və perspektivlər» mövzusunda elmi-praktik konfransda müzakirə edilib.

«APA-Economics»in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə nazir müavini Niyazi Səfərov ölkə iqtisadiyyatının inkişafını təmin edən amillər, görüləcək işlər, ayrı-ayrı sahələrdə modernləşmənin vəziyyəti barədə məlumat verib.

AMEA-nın I vitse-prezidenti Arif Həşimov modernləşmənin əsas istiqamətlərindən biri kimi elmin istehsalatda tətbiqini qeyd edib. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev isə ölkədə modernləşmə ideologiyası barədə məlumat verib. Tədbirdə modernləşmə və innovasiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi imkanları da müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR