Bank Of Baku

«Texnikabank» son bir ildə mənfəətini 5 dəfə artırıb

«Texnikabank» son bir ildə mənfəətini 5 dəfə artırıb
# 11 mart 2011 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin martın 1-nə 519,389 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 43% genişlənərək 247,601 mln. manat, kredit portfeli 8,4% artaraq 378,204 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 24% azalaraq 29,500 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 14% artaraq 66,367 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 21% azalaraq 8,289 mln. manat, xərcləri isə 45% azalaraq 5,793 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın əldə etdiyi mənfəətin həcmi 4,9 dəfə artaraq 2,496 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 62 bankomatı, 102 POS-terminalı və 636 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR