Bank Of Baku

«Paşa Sığorta» şirkəti İdarə Heyətinin tərkibində dəyişiklik edilib

«Paşa Sığorta» şirkəti İdarə Heyətinin tərkibində dəyişiklik edilib
# 11 mart 2011 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkətinin səhmdarlarının qərarı ilə şirkətin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kadr dəyişikliyi nəticəsində «Paşa Holding»in keyfiyyət və audit şöbəsinin müdiri vəzifəsində çalışmış Ülviyyə Cabbarova «Paşa Sığorta» şirkəti İdarə Heyətinin sədr müavini və əməliyyat blokunun baş müdiri vəzifəsinə təyin edilib. Kadrlar və inkişaf üzrə direktor Səmayə Novruzova isə şirkətin İdarə Heyətinin tərkibinə tövsiyə olunub.

Qeyd edək ki, iclasda həmçinin bu ilin mart ayından şirkətin İdarə Heyətinin sədr müavinləri tərəfindən idarə olunacaq texniki, əməliyyat və maliyyə üzrə 3 əsas biznes blokunu əhatə edən idarəetmə modelinə keçməsi təsdiqlənib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 20 mln. manat, aktivlərinin həcmi isə 43 mln. manat olub. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR