Bank Of Baku

“Muğanbank” gələn həftə uduşlu istiqrazların 11-ci tirajını keçirəcək

“Muğanbank” gələn həftə uduşlu istiqrazların 11-ci tirajını keçirəcək
# 12 mart 2011 09:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğanbank» ASC-nin bu ilin mart ayının 15-də adsız uduşlu istiqrazların on birinci tirajı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bütün tiraj on-line rejimdə bankın www.muganbank.az saytından yayımlanacaq. Tirajın nəticələri ilə bağlı bankın veb-saytından məlumat almaq mümkündür.

Xatırladaq ki, nominal dəyəri 50 manat olan bu qiymətli kağızlar emitent tərəfindən on il müddətinə, 1 mln. ədəd buraxılıb. Uduşlu istiqrazların sayı artırılaraq 1000 ədəd təşkil edib. Maksimum uduş məbləği isə 50 min manatdır.

«Muğanbank» ASC-nin öhdəliklərinə görə, hər 45 gündən bir keçirilməklə 10 il müddətində 80 tiraj keçiriləcək. İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və onların hər bir oyunda iştirak etmək hüququ var. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir və illik 2% gəlirlilik təmin edir. İstiqrazların udmadığı təqdirdə, sahibləri onları banka qaytararaq nominalı üzrə bütün məbləği ilə göstərilən illik faizi ala bilər.

Təsisçisi dörd fiziki şəxs olan «MuğanBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 208,675 mln. manat, kredit portfeli 135,271 mln. manat, depozit portfeli 82,358 mln. manat, məcmu kapitalı 25,069 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 30 filialı, 35 bankomatı və 73 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR