Bank Of Baku

Bu ilin mayında «AGBank»ın səhmdarlarının növbəti iclası keçiriləcək

Bu ilin mayında «AGBank»ın səhmdarlarının növbəti iclası keçiriləcək
# 12 mart 2011 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin səhmdarlarının növbəti iclasının vaxtı müəyyənləşib. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azər Mövsümov bildirib.

A. Mövsümovun sözlərinə görə, səhmdarların planlarına əsasən iclas bu ilin may ayında keçiriləcək. İclasda bankın nizamnamə kapitalının artırılması, həmçinin həyata keçirilməsi nəzərdə tutulan digər cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 249,209 mln. manat, depozit portfeli 127,667 mln. manat, kredit portfeli 192,391 mln. manat, məcmu kapitalı 35,544 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,557 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 371 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR