Bank Of Baku

Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicilərinin uçotu idarəsi yaradılıb

Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicilərinin uçotu idarəsi yaradılıb
# 12 mart 2011 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vergi orqanlarının fəaliyyətində müasir standartların və texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə Bakı şəhəri Vergilər Departamentində Vergi ödəyicilərinin uçotu idarəsi yaradılıb.

APA-Economics”in məlumatına görə, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini Fariz Səmədov qeyd edib ki, uçot, koordinasiya və uçotun təşkili şöbələrini əhatə edən yeni idarə Bakının 11 rayonu üzrə vergi ödəyicilərinə müxtəlif xidmətlər göstərir: «Vergi ödəyicilərinin uçotu idarəsi qeyri-kommersiya qurumlarının, hüquqi şəxslərin filiallarının, fiziki şəxslərin vergi ödəyicisi kimi uçota alınması və uçotdan çıxarılması, kommersiya qurumlarının dövlət reyestrri məlumatlarına aid olmayan vergi uçotu məlumatlarında dəyişikliklərin aparılması, bank idarəsində hesab açılması məqsədilə şəhadətnamə-dublikatın verilməsi, əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmalı şəxslərin uçota alınması və uçotdan çıxarılması, həmçinin onların reyestrinin aparılması işləri ilə yanaşı, nəzarət-kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, həmin aparatlara qeydiyyat vəsiqəsinin verilməsi, nəzarət-kassa aparatlarının plomblanması və plombunun pozulması işinin təmin edilməsi ilə də məşğul olacaq».

F. Səmədovun sözlərinə görə, idarədə müasir standartlara cavab verən iş və xidmət şəraiti yaradılıb. Eyni zamanda, idarənin uçot şöbəsində vergi ödəyicilərinin elektron qaydada ərizə göndərə bilmələri üçün xüsusi internet köşkü quraşdırılıb. Uçot şöbəsinin gözləmə zalında quraşdırılmış stendlərdə müraciət ərizələrin nümunəvi formaları və onların doldurulma qaydaları, müxtəlif vergi növləri barədə bukletlər yerləşdirilib. Müraciət edənlərin növbəlik sırasını müəyyən edilməsi üçün qeydiyyat zalında xüsusi avadanlıq quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR