Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi: Əsas məqsədimiz ölkədə nağdsız ödənişləri artırmaqdır

Azərbaycan Vergilər Nazirliyi: Əsas məqsədimiz ölkədə nağdsız ödənişləri artırmaqdır
# 12 mart 2011 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan nağd ödəniş və hesablaşmaların xüsusi çəkisini azaltmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini Fariz Səmədov qeyd edib ki, ölkədə nağdsız ödəniş sistemlərinin inkişafı istiqamətində Azərbaycan Vergilər Nazirliyi və Azərbaycan Mərkəzi Bankı tərəfindən fəal işlər aparılır. Belə ki, bu işlər vergi orqanları ilə bank idarələri arasında sıx əməkdaşlıq çərçivəsində bir sıra ticarət, ictimai iaişə və digər obyektlərdə post-terminalların quraşdırılması ilə nağd ödənişlərin və hesablaşmaların xüsusi çəkisinin minimuma endirilməsi və nəticə etibarilə plastik kartlar vasitəsilə bütün əməliyyatların aparılmasından və buna nəzarətdən ibarətdir.

Qeyd edək ki, qeyri-nağd ödəniş sisteminin inkişafı ölkədə daha şəffaf və çevik maliyyə sisteminin formalaşmasını təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR