Bank Of Baku

«AGBank»ın 2010-cu il üzrə maliyyə auditi bu ilin aprelində yekunlaşacaq

«AGBank»ın 2010-cu il üzrə maliyyə auditi bu ilin aprelində yekunlaşacaq
# 12 mart 2011 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2010-cu il maliyyə ili üzrə audit hesabatı «PricewaterhouseCoopers» beynəlxalq audit şirkəti tərəfindən aparılacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azər Mövsümov bildirib.
A. Mövsümovun sözlərinə görə, beynəlxalq şirkət tərəfindən aparılacaq audit bu ilin aprel ayında yekunlaşacaq. «Audit başa çatdıqdan sonra bank bir sıra beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığa başlayacaq. Belə ki, kreditlərin və texniki yardımın cəlb edilməsi ilə bağlı bank tərəfindən Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və digər maliyyə institutlarına müvafiq təkliflər olunacaq».
A. Mövsümov bildirib ki, təkliflər təqdim edildikdən sonra kreditlərin cəlb edilməsi bu ilin may ayında reallaşa bilər. «Kreditlərin həcmi beynəlxalq maliyyə təşkilatlarının qərarlarından asılı olacaq», - deyə A.Mövsümov qeyd edib.
Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 249,209 mln. manat, depozit portfeli 127,667 mln. manat, kredit portfeli 192,391 mln. manat, məcmu kapitalı 35,544 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,557 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 371 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR