Bank Of Baku

«AXA MBASK» şirkətinin «Bakı Ofisi» həftənin bütün günləri işləyəcək

«AXA MBASK» şirkətinin «Bakı Ofisi» həftənin bütün günləri işləyəcək
# 14 mart 2011 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkətinin Bakı şəhəri Həzi Aslanov küçəsi,80/9 ünvanında yerləşən «Bakı Ofisi» gündəlik iş rejiminə keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra müştərilər həftənin bütün günləri ərzində «Bakı Ofisi»ndə sığorta müqaviləsi bağlaya və ya müqavilə üzrə ödəniş həyata keçirə bilərlər.

Xatırladaq ki, «AXA MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR