Bank Of Baku

Yaponiyada sığorta şirkətlərinin ödənişləri 35 mlrd. dollara çata bilər

Yaponiyada sığorta şirkətlərinin ödənişləri 35 mlrd. dollara çata bilər
# 14 mart 2011 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyada baş verən dəhşətli zəlzələnin ölkənin sığorta şirkətlərinə vurduğu zərər 34,6 mlrd. dollara çata bilər. “APA-Economics”in “Deutsche Welle”yə istinadən xəbərinə görə, bu məbləğə sunaminin törətdiyi dağıntılardan zərər daxil deyil.

Hazırda ekspertlər Yaponiya tarixinin ən güclü zəlzələsinin vurduğu zərəri hesablamaqla məşğuldurlar. Risklərin təhlili ilə məşğul olan “AIR Worldwide” təşkilatının (ABŞ) yeraltı təkanların sığorta şirkətlərinə vurduğu zərəri 34,6 mlrd. dollar həcmində qiymətləndirib. O cümlədən dağılmış özəl binalara görə ödənişlər 14,5 mlrd. dollar təşkil edəcək. İlkin qiymətləndirmə zamanı ictimai binalar, darmadağın olmuş infrastruktur, elektrik verilişi xətləri, kanalizasiya sistemləri, avtomobillər də daxil olmaqla daşınar əmlak nəzərə alınmayıb.

Yaponiya hökumətinin məlumatına görə, zəlzələ və sunami nəticəsində 5700 bina məhv olub, 46 min bina ciddi zərər görüb, 600 regionda yollar və körpülər dağılıb. Təkcə Tokioda 32 körpü ciddi ziyan görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR