Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda iqtisadi artım 1,4% olub - YENİLƏNİB

Yanvar-fevral aylarında Azərbaycanda iqtisadi artım 1,4% olub - <font color=red>YENİLƏNİB</font>
# 14 mart 2011 10:30 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə adambaşına orta hesabla 745,8 manat məbləğində (936,4 ABŞ dolları) əlavə dəyər istehsal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0,2% çoxdur.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% artaraq 2,7 mlrd. manat və ya ÜDM-in 40,9%-ni təşkil edib.

ÜDM-in 51,5%-i neft-qaz istehsalı və emalı sahələrinin, 7,6%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb. ÜDM-in 56,6%-i sənayedə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 4,7%-i tikintidə, 7,5%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 1,3%-i mehmanxana və iaşə xidmətləri sahəsində, 1,8%-i informasiya və rabitə xidmətlərində, 11,1%-i isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı xidmətləri sahəsində əlavə dəyər real ifadədə 15,5%, informasiya və rabitə xidmətlərində isə 20,9% artıb və bu sahələr artım sürətlərinə görə iqtisadiyyatın digər sahələri arasında lider olub.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2011-ci ildə ölkə iqtisadiyyatının 3,8% artacağı gözlənilir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2011-ci ildə ÜDM-in artım tempinin 1,8%, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR