Bank Of Baku

«AGBank» bu il maliyyə göstəricilərini artırmaq niyyətindədir

«AGBank» bu il maliyyə göstəricilərini artırmaq niyyətindədir
# 14 mart 2011 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2011-ci ilin yekununda 3 mln. manat həcmində mənfəət əldə edəcəyi gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azər Mövsümov bildirib.

A.Mövsümovun sözlərinə görə, 2010-cu ildən fərqli olaraq bu il bankın mənfəətlə işləyəcəyi proqnozlaşdırılır: «Ötən ili bank 69 min manat zərərlə başa vurub ki, bu da digər xərclərlə bağlı olub».

A.Mövsümov həmçinin bildirib ki, 2011-ci ildə bankın aktivlərinin 20% artaraq 300 mln. manata, kredit portfelinin isə təxminən 25% artaraq 230 mln. manata çatacağı gözlənilir. Eyni zamanda, bu il bank POS-terminalların sayını iki dəfə artıraraq 600-ə, ATM-lərin sayını isə iki dəfə artaraq 100-ə çatdırmağı planlaşdırır.

A.Mövsümov əlavə edib ki, bank bu il ərzində yeni filial açmağı nəzərdə tutmayıb.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 249,209 mln. manat, depozit portfeli 127,667 mln. manat, kredit portfeli 192,391 mln. manat, məcmu kapitalı 35,544 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,557 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 371 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR