Bank Of Baku

«İsmayıllı Quşçuluq» ASC martın 28-də səhmlərin yerləşdirilməsinə başlayacaq

«İsmayıllı Quşçuluq» ASC martın 28-də səhmlərin yerləşdirilməsinə başlayacaq
# 14 mart 2011 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış «İsmayıllı-Quşçuluq» ASC-nın adi adlı sənədli səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi 2011-ci ilin martın 28-də başlanılacaq.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100681P olan emissiyanın sayı 95 min səhm, bir səhmin nominal dəyəri 2 manat, emissiyanın ümumi həcmi isə 190 min manat təşkil edir.

Beləliklə, emissiya tam yerləşdirildiyi halda ASC-nin nizamnamə kapitalı 45,5% artaraq 607 202 manata çatacaq.

Qeyd edək ki, emissiyanın yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR