Bank Of Baku

«Kapital Bank» plastik kartlar üzrə endirim kampaniyası keçirir

«Kapital Bank» plastik kartlar üzrə endirim kampaniyası keçirir
# 14 mart 2011 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC bu gündən Novruz Bayramı ilə bağlı plastik kartlar üzrə endirim kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində «Kapital Bank»ın «Visa Classic», «MasterCard Standard», «Visa Gold», «MasterCard Gold», «Visa Platinum», «MasterCard Platinum», «Visa Virtual», «Maestro Gift» kartlarını alan hər kəs onlardan 50% güzəştlə istifadə edə bilər.

Bununla yanaşı bildirilir ki, «Kapital Bank»ın ödəniş kartlarından istifadə üçün ilkin məbləğə, sığorta depozitinə və ya hesabda minimal qalığın olmasına ehtiyac yoxdur.

Qeyd edək ki, kampaniya martın 31-dək davam edəcək.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR