Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti yanvarda 13% artıb

Azərbaycan dövlət büdcəsinin profisiti yanvarda 13% artıb
# 15 mart 2011 06:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirdəri 1 121,5 mln. manat, xərcləri isə 382,9 mln. manat təşkil edib. Nəticədə, dövlət büdcəsinin icrasında 738,6 mln. manatlıq profisit yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinin gəlirləri 2010-cu ilin analoji ayına nisbətən 15,3%, xərcləri 19,5%, profisit isə 13,2% artıb.

Hesabat ayında büdcədən ayrılmış vəsaitin 31,1 mln. manatı iqtisadiyyatın inkişafına, 144,8 mln. manatı sosial müdafiə və sosial təminata, 25,9 mln. manatı təhsil və səhiyyəyə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR