Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 29% artıb

Azərbaycan əhalisinin bank əmanətləri son bir ildə 29% artıb
# 15 mart 2011 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 1-nə kimi Azərbaycanda ölkə əhalisi tərəfindən banklara 3,1 mlrd. manat məbləğində əmanət qoyulub və onun həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 28,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 41% artaraq 1 388,7 mln. manata, xarici valyuta ilə qoyulmuş əmanətlərin həcmi isə 20,2% artaraq 1 683,4 mln. manata çatıb.

Qeyd edək ki, fevral ayında 1 ABŞ dolları 0,80 manata, 1 avro 1,09 manata, 100 Rusiya rublu 2,72 manata, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,08 və 2,69 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR