Bank Of Baku

Azərbaycanda sığorta ödənişlərinin həcmi son bir ildə 32% artıb

Azərbaycanda sığorta ödənişlərinin həcmi son bir ildə 32% artıb
# 15 mart 2011 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 32,060 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,1% çoxdur.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 32,1% artaraq 8,562 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,625 mln. manat, qeyri-həyat sığortası üzrə 26,461 mln. manat, icbari sığorta növləri üzrə isə 4,974 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (7,540 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,002 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (4,882 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,001 mln. manat) və «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (1,990 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 23,5%, 15,6%, 15,2%, 6,24% və 6,21% təşkil edib.

Ödənişlərə gəldikdə isə, qeyd olunan dövr ərzində həyat sığortası üzrə 0,015 mln. manat, qeyri-həyat sığortası üzrə 7,333 mln. manat, icbari sığorta növləri üzrə isə 1,214 mln. manat həcmində ödəniş aparılıb.

Ən çox vəsait «Hava nəqliyyatı vasitələrinin sığortası» (2,753 mln. manat və ya 32,2%), «Avtonəqliyyat vasitələrinin sığortası» (2,131 mln. manat və ya 25%) və «Tibbi sığorta» (1,727 mln. manat və ya 20,2%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR