Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti «Client Care» xidmətini tətbiq edib

«AXA MBASK» sığorta şirkəti «Client Care» xidmətini tətbiq edib
# 15 mart 2011 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti «Müştərilərə xidmət göstərilməsinə yeni yanaşma»nın inkişaf etdirilməsi məqsədilə yeni «Client Care» xidmətini tətbiq edib.

Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra «AXA MBASK»ın hər bir müştərisi, istənilən arzu, təklif və şikayətlə xüsusi (012) 415-55-00 nömrəsinə müraciət edə və ya [email protected] elektron ünvanına məktub göndərə bilər. Müştərinin arzusu, təklifi və ya şikayəti 24 saat ərzində şirkətin mütəxəssisləri və rəhbərliyi tərəfindən nəzərdən keçiriləcək.

Yeni xidmət, ilk növbədə, bu və ya digər səbəbdən şirkətdə xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulub.

Xatırladaq ki, «AXA-MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR