Bank Of Baku

Azərbaycan BVF qarşısındakı kredit öhdəliklərinin icrasını yaxın 4 ildə tam başa çatdıracaq

Azərbaycan BVF qarşısındakı kredit öhdəliklərinin icrasını yaxın 4 ildə tam başa çatdıracaq
# 15 mart 2011 10:45 (UTC +04:00)
Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bunlardan ümumi məbləği 334,6 mln. dollar olan 4 proqram üzrə kreditlər bütünlüklə istifadə olunub və tam qaytarılıb: «Hazırda BVF-dən alınmış və tam istifadə edilmiş 242,7 mln. dollar məbləğində iki kredit üzrə vəsaitlərin geri qaytarılması həyata keçirilir. Bunlar 1996-cı ildə imzalanmış və məbləği 130 mln. dollar olan Struktur islahatların maliyyələşdiriliməsinin genişləndirilmiş mexanizmi (ESAF) və 2011-ci ildə imzalanmış, məbləği 112,7 mln. dollar təşkil edən Yoxsulluğun azaldılmasına və İnkişafa Yardım Proqramı (PRGF) üzrə kreditlərdir».

Nazirlər Kabinetindən bildirilib ki, kreditlərin son qaytarılma müddətləri 2015-ci ilin iyunun 30-dur. Ötən ilin sonuna birlikdə qaytarılan bu iki kredit üzrə əsas borcun ümumi məbləği 47,6 mln. dollar təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR