Bank Of Baku

«Bank Nikoil» İslam bankçılığının tətbiqinə başlayır

«Bank Nikoil» İslam bankçılığının tətbiqinə başlayır
# 15 mart 2011 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Nikoil» ASC şəriət şərtlərinə uyğun olan «Nikoil Halal Banking» kateqoriyasına aid bank məhsullarının tətbiqinə başlayıb. Bu barədə «APA-Economics»ə Bankın Bakıdakı baş ofisindən məlumat verilib: «Hazırda Azərbaycan əhalisi arasında müəyyən təbəqə var ki, öz əmanətlərini şəriət şərtlərinə uyğun yerləşdirmək və ya İslam bankçılığı prinsipləri əsasında bank resurslarından istifadə etmək niyyətindədir».

Yeni məhsulların biri «Wadiah» adlanan cari hesabdır ki, həmin hesabdakı vəsaitlər Bank tərəfindən faiz əməliyyatlarında istifadə olunmur və bu hesabın istifadəsi müştəri üçün tam pulsuzdur. Eyni zamanda, bu hesabı açan müştəriyə plastik kart hədiyyə olunur ki, həmin kartla aparılan əməliyyatlara görə faiz komissiyası tətbiq olunmur. Bu məhsulun müştərilərə Bankın Bakı, Gəncə, Bərdə, Lənkəran, Sumqayıt, Qəbələ və Yevlaxda yerləşən bütün filialları vasitəsilə təklif edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bank İslam maliyyə institutları üçün audit və mühasibat təşkilatı (AAOIFI), İslam İnkişaf Bankının qrupuna daxil olan İslam treninq və tədqiqatlar institutu (IRTI) və digər İslam maliyyə qurumları ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR