Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti regional şəbəkəsini genişləndirir

«Atəşgah Sığorta» şirkəti regional şəbəkəsini genişləndirir
# 15 mart 2011 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkətinin İsmayıllı rayonunda ofisi fəaliyyətə başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ofisin açılışı rayon sakinlərinə bütün növ sığorta, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta» xidmətlərini təqdim etmək imkanı verəcək.

Qeyd edək ki, regionlarda ofisin açılması şirkətin filial şəbəkəsinin inkişafı proqramı çərçivəsində həyat keçirilir, həmçinin əhaliyə təklif etdiyi xidmətlərin həyata keçirilməsini asanlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, hazırda «Atəşgah Sığorta» şirkətinin 7 regional (Gəncə, Salyan, Lənkəran, Mingəçevir, Şəki, Xaçmaz və İsmayıllı) ofisi fəaliyyət göstərir.

«Atəşgah Sığorta» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir. Ötən il şirkətin daxilolmaları 14,57 mln. manat, ödənişləri isə 5,26 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR