Bank Of Baku

“İcbari sığorta haqqında” qanun layihəsi gələn ay Azərbaycan parlamentinin müzakirəsinə çıxarılacaq

“İcbari sığorta haqqında” qanun layihəsi gələn ay Azərbaycan parlamentinin müzakirəsinə çıxarılacaq
# 16 mart 2011 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “İcbari sığorta haqqında” qanun layihəsi bu ilin aprel ayının birinci ongünlüyündə ikinci oxunuşda Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən sığorta konfransında bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsində ciddi olmasa da, müəyyən qədər redaktəyə ehtiyac var: “Qanunun sadələşdirilməsi, sadə dildə və əhali tərəfindən başa düşülən səviyyədə yazılmasına ehtiyac var. Qanun layihəsində intervallar, həmçinin sual doğuran məsələlər olanda bu, müəyyən qədər sui-istifadə hallarının yaranmasına gətirib çıxarır”.

Z.Səmədzadə qeyd edib ki, qanun layihəsində bir sıra güzəştlərin edilməsinə də ehtiyac var: “Qanun qəbul edildikdən sonra sığorta şirkətləri üçün yeni imkanlar yaranacaq. Hazırda müəyyən dövlət qurumları tərəfindən qanun layihəsinin qəbul olunmasından sonra yarana biləcək suallar müzakirə olunur. Həmçinin hansı həcmdə sığorta haqlarının toplanması məsələsi də müzakirə obyektidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR