IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks fevralda istehsal edilmiş məhsulun dəyərinin (2 685,2 mln. manat) yanvar ayında istehsal edilmiş məhsulun dəyərinə (2 175,6 mln. manat) bölünməsi olu ilə hesablanıb.
IPI indeksinin 100%-dən yüksək olması aylıq müqayisədə sənaye istehsalının artması, hesabat ayında indeksin əvvəlki ayın həmin göstəricisindən yüksək olması isə sənaye istehsalının artım tempinin yüksəldiyini əks etdirir.