Bank Of Baku

Yaponiyada baş verən zəlzələnin sunamisi ABŞ iqtisadiyyatına on milyonlarla dollar zərər vurub

Yaponiyada baş verən zəlzələnin sunamisi ABŞ iqtisadiyyatına on milyonlarla dollar zərər vurub
# 16 mart 2011 09:48 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ hökuməti Yaponiyada baş verən zəlzələ nəticəsində meydana gələn sunaminin ölkə iqtisadiyyatına vurduğu zərəri hesablayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, təkcə Kaliforniya ştatına dəyən ziyanın miqdarı 40 mln. dollardır.

Sunami Santa-Krus liman şəhərinə 17 mln. dollarlıq zərər vurub. Dalğalar 18 gəmini məhv edib, 100 gəmini zədələyib, daha 10 gəminin taleyindən isə xəbər yoxdur. Kaliforniyanın Kresent-Siti şəhərinin sahillərində 15 gəmi batıb, 1 nəfər itkin düşüb.

Havay ştatının hakimiyyət orqanları sunaminin vurduğu zərəri om milyonlarla dollar həcmində qiymətləndirib. Sunami nəticəsində bir neçə gəmi batıb. Hotellər, mağazalar və evlər arasında həm dağılanı, həm də zərər görəni var.

Sunami dalğalarının çatdığı Meksika, Avstraliya, Yeni Zelandiya və Filippində isə ciddi dağıntı və tələfat qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR