Bank Of Baku

«AGBank»ın yeni üçillik strategiyası təsdiqlənib

«AGBank»ın yeni üçillik strategiyası təsdiqlənib
# 16 mart 2011 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin səhmdarları bankın 2011-2013-cü illər üçün Strateji Planını təsdiqləyib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azər Mövsümov bildirib.

A.Mövsümovun sözlərinə görə, yeni strategiyada əsas prioritet sahələr kimi bankın depozit portfelinin genişləndirilməsi, yeni kart məhsullarının hazırlanması və s. tədbirlər nəzərdə tutulub.

A.Mövsümov bildirib ki, strategiyada həmçinin bu ilin sonunadək bankın aktivlərinin 300 mln. manata, kredit portfelinin 230 mln. manata çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 249,209 mln. manat, depozit portfeli 127,667 mln. manat, kredit portfeli 192,391 mln. manat, məcmu kapitalı 35,544 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,557 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 371 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR