Bank Of Baku

1 mln. dolları olan amerikalılar özlərini varlı saymırlar

1 mln. dolları olan amerikalılar özlərini varlı saymırlar
# 16 mart 2011 10:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Amerikalılar yalnız 7,5 mln. dollara sahib olanda özlərini varlı sayırlar. «APA-Economics»in «The Daily Mail»ə istinadən məlumatına görə, bu, Bostonun “Fidelity Investments» maliyyə şirkətinin apardığı sorğulardan məlum olub.

Orta hesabla 3,5 mln. dolları olan mindən artıq amerikalı arasında keçirilən sorğu göstərib ki, onların 42%-i həyatından razı deyil. Sorğuda iştirak edənlər yalnız 7,5 mln. dolları olduqları təqdirdə, özlərini rahat hiss edə biləcəklərini deyiblər.

Sorğunun nəticələri göstərib ki, amerikalı milyonçular ən çox vergilərin artmasından narahatdırlar. Onların fikrincə, vergilər onların varidatını xeyli azalda bilər. Milyonçuların əksəriyyəti etiraf edib ki, vergiləri az ödəmək üçün maliyyə məsləhətçilərinə müraciət ediblər.

Varlıların digər narahatlığı pensiyaya çıxmaqla bağlıdır - onlar rahat həyat üçün pullarının çatmayacağından qorxurlar. Bundan başqa, sorğular göstərib ki, amerikan ailələrinin azı 5,5 mln.-u azı 1 mln. dollara sahibdir. Bu, əhalinin təqribən 5%-ini təşkil edir - onlar ümumi var-dövlətin 56%-ni idarə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR