Bank Of Baku

Ötən il Azərbaycanda sığorta müqavilələri üzrə ödənilən haqların orta məbləği 148 manat, ödənişlərin orta məbləği isə 534 manat olub

Ötən il Azərbaycanda sığorta müqavilələri üzrə ödənilən haqların orta məbləği 148 manat, ödənişlərin orta məbləği isə 534 manat olub
# 16 mart 2011 12:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2010-cu il ərzində ümumilikdə 1 051 816 sığorta müqaviləsi bağlayıb. Hesabat ilində ölkə ərazisində 100 792 sığorta hadisəsi baş verib. «APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, 2010-cu ildə şəxsi sığorta növləri üzrə sığorta olunanların sayı həyat sığortası üzrə 16 189 nəfər, tibbi sığorta üzrə 63 122 nəfər, xaricə səfər edənlərin sığortası üzrə 64 939 nəfər, fərdi qəza və xəstəliklər üzrə isə 391 989 nəfər olub. Həmçinin, ötən il ərzində «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə 48 937 müqavilə, «Yüklərin sığortası» üzrə 59 094, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 391 989, «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə isə 103 868 müqavilə bağlanıb.

N.Xəlilov bildirib ki, 2010-cu ildə bir sığorta müqaviləsi üzrə sığorta haqqının orta məbləği 148 manat, bir sığorta hadisəsi üzrə ödənişin orta məbləği isə 534 manat təşkil edib.

N.Xəlilov həmçinin qeyd edib ki, 2011-ci ilin yanvar-fevral aylarında respublika üzrə toplanmış sığorta haqlarının ümumi həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8% artıb və artım tempinin cari ilin sonadək davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR