Bank Of Baku

Azərbaycanda RSI indeksi tədricən tarazlaşır

Azərbaycanda RSI indeksi tədricən tarazlaşır
# 16 mart 2011 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin fevral ayı üzrə 94,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar ayında bu indeks 73,5%, ötən ilin dekabr ayında isə 141%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin fevral ayında ümumi pərakəndə dövriyyəsi 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

Göründüyü kimi, RSI indeksinin artması baş verib. Eyni zamanda, indeks hələ də 100%-dən aşağıdır. Bu isə hesabat ayında pərakəndə dövriyyənin əvvəlki aya nisbətən az olduğunu göstərir. Yanvarda isə müşahidə olunmuş kəskin azalma ilk növbədə ötən ilin dekabrında həmin göstəricinin kəskin artımasının nəticəsi olub. Beləliklə, pərakəndə ticarət sahəsində vəziyyət tədricən tarazlaşır və növbəti aylarda RSI indeksinin 100% həddini üstələyəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR