Bank Of Baku

«Atəşgah Həyat»: Azərbaycanda həyat sığortasının inkişaf etdirilməsi üçün yeni uzunmüddətli investisiya alətləri yaradılmalıdır

«Atəşgah Həyat»: Azərbaycanda həyat sığortasının inkişaf etdirilməsi üçün yeni uzunmüddətli investisiya alətləri yaradılmalıdır
# 16 mart 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda həyat sığortasının inkişafına mane olan amillərdən biri daxili bazarda uzunmüddətli investisiya alətlərinin sayının məhdudluğu ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu «Atəşgah Həyat» sığorta şirkəti həyatın qarışıq sığortası şöbəsinin rəisi Şəfəq Həsənova bildirib.

Ş.Həsənovanın sözlərinə görə, həyat sığortası uzunmüddətli sığorta növü olduğuna görə ölkədə müvafiq yeni investisiya alətləri yaradılmalıdır, inkişaf etmiş dövlətlərin təcrübəsi öyrənilməlidir, həmçinin əhali arasında genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır.

Ş.Həsənova bildirib ki, ölkədə sığorta mədəniyyəti, həmçinin əhalinin maliyyə institutlarına inamının aşağı səviyyədə olması bu sektorun inkişafına mənfi təsir edən əsas amillərdəndir.

Şirkət rəsmi qeyd edbi ki, son üç ildə ölkədə toplanmış sığorta haqlarının ümumi strukturunda həyat sığortasının xüsusi çəkisi 1%-dən az olub: «Bu isə olduqca kiçik rəqəmdir.

Bununla yanaşı Ş.Həsənova əhali üçün maraqlı olan yeni sığorta məhsullarının işlənib hazırlanmasını, qanunvericilik bazasının təkmilləşdirilməsini vacib sayır.

Qeyd edək ki, 2009-cu ildə yaradılan «Atəşgah Həyat» sığorta şirkəti ötən il 1,078 mln. manat həcmində sığorta haqları toplayıb, 24,52 min manat həcmində ödənişlər həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR