Bank Of Baku

Azərbaycanda daha üç həyat sığortası şirkətinin yaradılması planlaşdırılır

Azərbaycanda daha üç həyat sığortası şirkətinin yaradılması planlaşdırılır
# 16 mart 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə həyat sığortası üzrə fəaliyyətə başlamaq istəyən bir neçə şirkət lisenziyanın alınması üçün müraciət edib. Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, «Alfa Həyat», «Standard Həyat» və «Ata Həyat Sığorta» şirkətlərinin yaradılması, həmçinin həmin şirkətlər üçün lisenziyanın alınması ilə bağlı Nazirliyə müvafiq sənədlər təqdim olunub. «Hazırda həmin sənədlər nazirliyin müvafiq şöbələri tərəfindən araşdırılır. Qanunvericiliyə uğun olaraq həmin şirkətlər müvafiq prosedurlardan keçdikdən sonra nazirlik tərəfindən şirkətlərə lisenziya verilə bilər», - deyə N.Xəlilov bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda həyat sığortası üzrə «Atəşgah Həyat», «Qala Həyat» və «Paşa Həyat» sığorta şirkəti xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR