Bank Of Baku

«Paşa Sığorta» nizamnamə kapitalını artırır

«Paşa Sığorta» nizamnamə kapitalını artırır
# 16 mart 2011 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 750 manat, sayı 40 min ədəd, emissiyanın ümumi həcmi isə 30 mln. manat təşkil edir. Emissiya «Paşa Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 500 manat olan 40 min ədəd və 20 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, sığorta şirkətinin nizamnamə kapitalı 50% artaraq 30 mln. manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 20 mln. manat, aktivləri isə 43 mln. manat olub. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR