Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 50% artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 50% artıb
# 16 mart 2011 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevralın 1-i vəziyyətinə Azərbaycanın hüquqi və fiziki şəxslərinə 9 149,8 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,5% çox kreditlər verilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, verilən kreditlərin 42,9%-i dövlət, 54,9%-i özəl banklar, 2,2%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən təqdim edilib.

Hesabat dövründə uzunmüddətli kreditlərin həcmi (6 598,5 mln. manat) ötən ilin eyni analoji dövrünə nisbətən 8,5%, qısamüddətli kreditlərin həcmi (2 551,3) 8,6%, vaxtı keçmiş kreditlərin həcmi isə (497 mln. manat) 50% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR