Bank Of Baku

Barak Obama ABŞ banklarını ipoteka şərtlərini dəyişdirməyə məcbur edir

Barak Obama ABŞ banklarını ipoteka şərtlərini dəyişdirməyə məcbur edir
# 17 mart 2011 08:50 (UTC +04:00)
Bakı - APA-Economics. Prezident Barak Obama administrasiyası ABŞ-ın nəhəng banklarını milyonlarla ev təsərrüfatları üçün ipoteka şərtlərini dəyişdirməyə məcbur edəcək.

APA-Economics”in xəbərinə görə, maliyyə institutlarına təxminən 30 mlrd. dollara başa gələcək bu addım mənzil bazarını dəstəkləyəcək və borcalanların hüquqlarını dəfələrlə pozan bankların cəzalandırılmasına imkan verəcək.

Ağ Ev ödəniş qabiliyyəti zəif olan 3 mln. borcalan üçün kredit şərtlərinin dəyişdirilməsinə nail olmaq niyyətindədir. İndiyədək borcalanların hüquqlarının pozulmasına görə ABŞ-da hansısa bank cəzalandırılmayıb. Bundan sonra isə ölkənin 5 nəhəng ipoteka kredit verən təşkilatı - “Bank of America”, “JP Morgan Chase”, “Citigroup”, “Wells Fargo” və “Ally Financial” qanun və hüquq pozuntularına görə cavab verməli olacaqlar. ABŞ-da mənzil almaq üçün verilən kreditlərin 605-i onların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR