Bank Of Baku

Fransa G7 ölkələrini Yaponiyanın borclarını almağa çağırıb

Fransa G7 ölkələrini Yaponiyanın borclarını almağa çağırıb
# 17 mart 2011 09:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Fransanın maliyyə naziri Kristina Laqard «Böyük 7-lik» (G7) ölkələrinə zəlzələdən zərər çəkmiş Yaponiyanın dövlət borclarını almağa çağırıb.

«APA-Economics»in «Reuters»ə istinadən məlumatına görə, zəlzələdən sonra Yaponiya hökuməti investorların narahatlığını azaltmaq və likvidlik defisitini aradan qaldırmaq üçün valyuta bazarına 700 mln. dollar buraxıb.

Qeyd edək ki, G7-yə ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, Fransa və Yaponiyanın özü daxildir. Hazırda Yaponiyanın dövlət borcu ölkənin ÜDM-indən 2 dəfə böyükdür.

Martın 11-də Yaponiyada baş verən dağıdıcı zəlzələ fond və valyuta bazarlarına ciddi təsir edib. İnvestorlar pullarını hətta qızıla da qoymadan gözləmə mövqeyi tutublar. Hadisələr nəticəsində neftin qiyməti də aşağı düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR