Bank Of Baku

Fevralda Rusiyadan xalis kapital axını 6 mlrd. dollar olub

Fevralda Rusiyadan xalis kapital axını 6 mlrd. dollar olub
# 17 mart 2011 10:29 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin fevral ayında Rusiyadan xalis kapital axını 6 mlrd. dollar təşkil edib. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Aleksey Ulyukaev məlumat verib.

Onun sözlərinə görə, daha dəqiq rəqəm aprelin əvvəlində açıqlanacaq. Yanvarda isə Rusiyadan 11 mlrd. dollar çıxarılıb.

Qeyd edək ki, ötən il bu ölkədən xalis kapital axını 38,3 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar, 2008-ci ildə 133,9 mlrd. dollar olub. 2007-ci ildə Rusiyaya xalis kapital axını 81,7 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR