Bank Of Baku

«Dekabank» nizamnamə kapitalını artırır

«Dekabank» nizamnamə kapitalını artırır
# 17 mart 2011 10:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Dekabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 279,7 manat, sayı 47 970 ədəd, emissiyanın ümumi həcmi isə 13 417 209 manat təşkil edir. Emissiya «Dekabank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 259,3 manat olan 47 970 ədəd və 12 438 621 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 7,9% artaraq 13 417 209 manata çatacaq.

Qeyd edək ki, «Dekabank» 1992-cu ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 44,042 mln. manat, depozit portfeli 17,166 mln. manat, kredit portfeli 38,642 mln. manat, məcmu kapitalı 14,092 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,439 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR