Bank Of Baku

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır

«AzRe Təkrarsığorta» nizamnamə kapitalını artırır
# 17 mart 2011 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzRe Təkrarsığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 12,9 min manat, sayı 2 min ədəd, emissiyanın ümumi həcmi isə 25,8 mln. manat təşkil edir. Emissiya «AzRe Təkrarsığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 5 430 manat olan 2 min ədəd və 10,860 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, sığorta şirkətinin nizamnamə kapitalı 2,4 dəfə artaraq 25,8 mln. manata çatacaq.

Xatırladırıq ki, Azərbaycan sığorta bazarının ilk milli təkrarsığorta şirkəti olan «AzRe Təkrarsığorta» ASC 2007-ci ilin noyabrından fəaliyyətə başlayıb. Hazırda şirkətin nizamnamə kapitalı 10,860 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR