Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə yanvar-fevral aylarında 3,5% azalıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə yanvar-fevral aylarında 3,5% azalıb
# 17 mart 2011 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 317,4 mln. manat təşkil edərək, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-fevral ayları ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 273,7 mln. manatı (86,2%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR