Bank Of Baku

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 17 mart 2011 13:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərqarant» sığorta şirkəti 2011-ci ilin aprel ayındə nizamnamə kapitalını 23% artıraraq 4 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, əlavə səhm emissiyasının şirkətin 2010-cu ildə əldə etdiyi mənfəət, həmçinin təsisçinin əlavə ayırmaları hesabına həyata keçirilməsi planlaşdırılır. Əlavə səhm emissiyasının yerləşdirilməsinə aprelin əvvəlində başlanacaq və bir ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR