Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» bu il daxilolmalarının 36% artacağını proqnozlaşdırır

«Azərbaycan Sənaye Sığorta» bu il daxilolmalarının 36% artacağını proqnozlaşdırır
# 17 mart 2011 13:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2011-ci il ərzində topladığı sığorta haqlarının həcmini əvvəlki ilə nisbətən 36% artıraraq 7 mln. Manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Faiq Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, ötən il olduğu kimi 2011-ci ildə də daxilolmaların əsas hissəsinin «Yüklərin (nəqliyyat) sığortası», «Tibbi sığorta» və «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşəcəyi gözlənilir.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR