Bank Of Baku

«Qala Həyat» sığorta şirkətinin sədri vəzifəsinə namizəd müəyyənləşib

«Qala Həyat» sığorta şirkətinin sədri vəzifəsinə namizəd müəyyənləşib
# 17 mart 2011 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsinə namizədin adı açıqlanıb. Bunu «APA-Economics»ə açıqlamasında «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov bildirib.

N.Hüseynovun sözlərinə görə, şirkətin səhmdarları tərəfindən qəbul olunmuş qərara əsasən, şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Anar Cəlilovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, A.Cəlilov əvvəllər «Qarant Sığorta» şirkətinin satış üzrə müşavir vəzifəsində çalışıb.

«Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri vəzifəsini icra etmiş Abbas Babayev isə hazırda «AzSığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən ilin noyabrın 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe Təkrarsığorta» şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR