Bank Of Baku

«AzSığorta» şirkəti nizamnamə kapitalını artırır

«AzSığorta» şirkəti nizamnamə kapitalını artırır
# 17 mart 2011 14:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AzSığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 94 457,01 manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 9 445 701 manat təşkil edir. Emissiya «AzSığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 46 436,83 manat olan 40 min ədəd və 4 643 683 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, sığorta şirkətinin nizamnamə kapitalı 2 artaraq 9 445 701 manata çatacaq.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda «AzSığorta»nın nizamnamə kapitalı 4 643 683 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR