Bank Of Baku

Azərbaycana idxal olunan malların qiymət indeksi 0,4% artıb

Azərbaycana idxal olunan malların qiymət indeksi 0,4% artıb
# 17 mart 2011 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycana idxal olunan malların qiymət indeksi əvvəlki aya nisbətən 100,4%, MDB ölkələrindən idxal olunan mallar üzrə 101%, uzaq xaricdən idxal olunan mallar üzrə isə 100,1% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş investisiya malları 0,1% ucuzlaşıb, aralıq malları 0,1%, istehlak mallarının qiymətləri isə 1,2% bahalaşıb.

Azərbaycandan ixrac olunan malların qiymət indeksi cari ilin yanvar ayında əvvəlki aya nisbətən 101,5%, MDB ölkələrinə ixrac olunan mallar üzrə 97,2%, uzaq xaricdə ixrac olunan mallar üzrə isə 102,1% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan mallardan aralıq məhsulların qiymətləri 1,6% bahalaşıb, istehlak mallarının qiymətləri 3,8%, digər mallar isə 3,2% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR