Bank Of Baku

Apreldə Dünya Bankı Azərbaycanda kapital bazarının modernləşdirilməsi layihəsinə baxacaq

Apreldə Dünya Bankı Azərbaycanda kapital bazarının modernləşdirilməsi layihəsinə baxacaq
# 17 mart 2011 14:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı (DB) tərəfindən Azərbaycanda həyata keçiriləcək kapital bazarının modernləşdirilməsi layihəsi aprel ayının 17-də DB-nın Direktorlar Şurasında müzakirəyə çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bu məsələ Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmin Vaşinqtonda səfərdə olan Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla keçirdiyi görüşdə müzakirə olunub.

Kapital bazarının modernləşdirilməsi layihəsi 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Bu müddət ərzində bank tərəfindən Azərbaycana 51 layihənin icrasına 2 844,3 mln. dollar həcmində kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR