Bank Of Baku

«Bank of Baku» bayram günlərində müştərilərə xidmət göstərəcək

«Bank of Baku» bayram günlərində müştərilərə xidmət göstərəcək
# 18 mart 2011 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Novruz bayramı ilə əlaqədar elan olunan qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə məlumata görə, martın 22-26-da bankın Xəqani küçəsi,2/Mərdanov qardaşları,8 ünvanında yerləşən «Xəqani» elektron şöbəsi saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq.

Bakın «Xəqani» şöbəsində «Cash-in» ödəniş köşkləri vasitəsi ilə istənilən ödənişi həyata keçirmək mümkündür. Həmin şöbədə fəaliyyət göstərən «Cash-in» ödəniş köşkləri əhaliyə bütün növ kreditlərin və «AvirTel» internet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması üzrə xidmətlər göstərir.

Bununla yanaşı, müştərilər bankın «Telefon Bankçılıq – 145» növbəsiz ödənişlər xəttindən istifadə edə bilərlər. Bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər. Bunun üçün sadəcə istənilən telefon (mobil və ya şəhər), «Bank of Baku»nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin rəsmiləşdirilməsi və ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və istənilən plastik kart sahibi olmaq kifayətdir. Qeyd edək ki, bayram günündə edilmiş bütün ödənişlər bankın əməliyyat proqramında martın 28-də əks ediləcək.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvarın 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR