Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il nizamnamə kapitalını 30% artıracaq

«Azərbaycan Sənaye Sığorta» şirkəti bu il nizamnamə kapitalını 30% artıracaq
# 18 mart 2011 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti bu il ərzində nizamnamə kapitalının artırılması məqsədi ilə 1,2 mln. manat həcmində əlavə səhm emissiyası həyata keçirəcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Faiq Hüseynov bildirib.

F.Hüseynovun sözlərinə görə, şirkətin 2010-cu ildə əldə etdiyi mənfəət bütövlüklə kapitallaşmaya yönəldiləcək: «Mənfəət hesabına şirkətin nizamnamə kapitalı 30% artırılaraq 5,2 mln. manata çatdırılacaq».

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR