Bank Of Baku

«Azərqarant Sığorta» bu il mənfəətini 25% artırmaq niyyətindədir

«Azərqarant Sığorta» bu il mənfəətini 25% artırmaq niyyətindədir
# 18 mart 2011 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərqarant Sığorta» şirkəti 2011-ci il ərzində 250 min manat həcmində mənfəət əldə edəcəyini proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, mənfəətlə bağlı bu il üçün verilən proqnoz ötən ilki faktiki göstəricini 25% üstələyir.

Ş.Hüseynov həmçinin şirkətin 2011-ci ildə 1,5 mln. manat həcmində sığorta haqqı toplamaq niyyətinin olduğunu bildirib. «Bu il ərzində şirkətin sığorta haqlarının həcmində 50% artım gözlənilir. Ən çox yığımın isə «Yüklərin sığortası», «Gəmi sığortası» və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növləri üzrə olacağı proqnozlaşdırılır», - deyə Ş.Hüseynov qeyd edib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,260 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR