Bank Of Baku

«Azal Sığorta» nizamnamə kapitalını artırır

«Azal Sığorta» nizamnamə kapitalını artırır
# 18 mart 2011 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azal Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 506 manat, sayı 17 500 ədəd, emissiyanın ümumi həcmi isə 8,855 mln. manat təşkil edir. Emissiya «Azal Sığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 465 manat olan 17 500 ədəd və 8 137 500 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, sığorta şirkətinin nizamnamə kapitalı 8,8% artaraq 8,855 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC (AZAL) olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR